Yerli mətbuatın məlumatına görə...
Fransanın cənub-qərbində 4 gündür davam edən yanğınlarda təxminən 7300 hektar ərazi məhv olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yerli mətbuatın məlumatına görə, Jironda (Gironde) bölgəsindəki iki meşədə iyulun 12-dən başlayan yanğının söndürülməsinə mindən çox adam və 9 yanğınsöndürmə helikopteri sövq edilib.
Jironda bölgəsindəki Arkaşon (Arcachon) və Landirasda (Landiras) davam edən yanğınlara görə evlər və restoranlar ziyana uğrayıb, əksəriyyəti yaxınlıqda düşərgə salan tətilçilərdən ibarət 11 min adam isə təhlükəsiz bölgələrə köçürülüb.
Yanğınlarda indiyədək 7300 hektar ərazi külə dönüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB