Roqozinə...iş veriləcək..?

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitri Roqozinin “Roskosmos” rəhbəri vəzifəsindən kənarlaşdırılmasını ona qarşı olan iddialarla bağlı olmadığını bəyan edib. Üstəlik, mətbuat katibi, Roqozinin tezliklə daha layiqli bir işlə təmin ediləcəyini də istisna etməyib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Xeyr, heç bir halda bu, heç bir iddia ilə bağlı deyil, Roqozinlə bağlı hər şey qaydasındadır”.

Bunu Peskov bildirib.

Onun sözlərinə görə, Roqozin yaxınlarfda münasib işlə təmin olunacaq. Peskov Kremlin bu barədə məlumat verəcəyini də istisna etməyib.

Xatırladaq ki, ötən gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Roqozini “Roskosmos”un rəhbəri vəzifəsindən azad edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə