Bəs, deyirdin, “Danfoss” qalacaq...

Bəs, deyirdin, “Danfoss” qalacaq...

Danimarkanın sənaye avadanlığı istehsal edən “Danfoss” şirkəti Rusiya Federasiyası və Belarusiyadakı biznesin yerli idarəetməyə verilməsi haqqında müqavilə bağlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilib.

Bu gün “Danfoss” biznesini yerli idarəçiliyə ötürmək üçün müqavilə imzaladığını elan edir. Razılaşmanın bağlanmasından sonra “Danfoss” Rusiya və Belarusda fəaliyyət göstərməyəcək. Müqavilənin 2022-ci ilin sentyabrında bağlanacağı gözlənilir.

Qeyd edək ki, şirkət 2022-ci il aprelin əvvəlində Rusiya və Belarus bazarlarından çıxdığını elan edib.

“Fevralın 28-də Rusiyada və martın 4-də Belarusda biznes əməliyyatlarımızı dayandırdıqdan sonra biz vəziyyəti daim qiymətləndirmişik. Sanksiyaların, təchizat zəncirinin pozulmasının və digər logistik məsələlərin təsirlərini nəzərə alaraq, biz Rusiya və Belarusdan nəzarətli çıxışa başlamaq qərarına gəldik”, -...bunu “Danfoss” səlahiyyətlisi bildirib.

Yeri gəlmişkən, “Danfoss” istilik və sənaye avtomatlaşdırılması, soyuducu və sürücülük texnologiyalarının aparıcı qlobal istehsalçısıdır. Şirkət Rusiyada 1993-cü ildən fəaliyyət göstərirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə