İyulun 15-də İspaniyada koronavirus pandemiyasının qurbanlarının anım günü ilə əlaqədar tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə İspaniya Kralı VI Felipe və Kraliça Letisiya da iştirak ediblər. Kral Sarayında təşkil olunan anım tədbirində Baş nazir Pedro Sançes, hökumət üzvləri, siyasi partiya liderləri, səhiyyə işçiləri, pandemiyadan dünyasını dəyişənlərin yaxınları iştirak ediblər keçirilib.
Kral VI Filipp çıxışında elm sahəsinə investisiya qoyuluşu, beynəlxalq əməkdaşlıq əlaqələri barədə danışıb və yaşlılara qayğı, vətəndaş həmrəyliyi və səhiyyə sistemlərinin etibarlılığı məsələlərinə toxunub. Kral pandemiya ilə mübarizənin hələ başa çatmadığını qeyd edib.
Kral VI Felipe və Kraliça Letisiya virusdan həyatını dəyişən dörd nəfərin ailəsinə böyük xaç hədiyyə ediblər.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı İspaniyada 110 mindən çox insan həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB