Məktəbdə torpaq sürüşməsi 3 uşağı həyatdan edib

Məktəbdə torpaq sürüşməsi 3 uşağı həyatdan edib

Kolumbiyanın Antiokiya departamentində məktəbdə torpaq sürüşməsi nəticəsində 3 uşaq ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Andes bələdiyyəsinin rəhbəri Karlos Alberto Osorio bildirib.

Torpaq sürüşməsinə yağan güclü yağışlar səbəb olub.

Dağıntılar altından 5 uşaq xilas edilib.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə