Səudiyyə Ərəbistanında meymunçiçəyinə ilk yoluxma

Səudiyyə Ərəbistanında meymunçiçəyinə ilk yoluxma

Birləşmiş Ərəb Əmirliklərində meymun çiçəyi virusu zoonozuna ilk yoluxma halı qeydə alınıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, virus Qərbi Afrikadan olan 29 yaşlı qadında səhiyyə orqanları tərəfindən aşkar edilib.

Hazırda yoluxmuş şəxsə lazımi tibbi yardım göstərilir. Nazirlik xalqı BƏƏ-nin səhiyyə orqanları bütün lazımi tədbirləri, o cümlədən təhqiqat, əlaqələrin axtarışı və yoluxmuş şəxslərin sağlamlığının monitorinqini həyata keçirəcəyinə əmin edib.

Qeyd edək ki, bu hadisə dünyanın bir sıra ölkələrində meymuna yoluxma halları bildirildikdən sonra işə salınan erkən monitorinq sisteminin bir hissəsi kimi aşkar edilib.

“Biz davamlı effektivliyi təmin etmək və əhalini yoluxucu xəstəliklərdən qorumaq və onların tez aşkarlanması üçün ən yüksək dünya təcrübələrinə uyğun olaraq epidemioloji nəzarət sisteminin tətbiqi üçün digər səhiyyə orqanları ilə əməkdaşlıq edirik. Biz həmçinin BƏƏ-də meymun çiçəyi də daxil olmaqla bütün xəstəliklərin və virusların yayılmasının məhdudlaşdırılması üzərində işləyirik”.

Bunları bəyan edən nazirlik yerli epidemioloji nəzarəti gücləndirib və bütün dünyada meymun xəstəliyinin yayılmasını diqqətlə izlədiyini də bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə