İsveç məhkəməsi tərəfindən 1988-ci ildə İran ərazisində edamların təşkilində iştirakına görə ömürlük həbs cəzasına məhkum edilmiş İran vətəndaşı Həmid Nuri ətrafında yaranmış vəziyyətlə əlaqədar İsveçin Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İRNA agentliyi məlumat yayıb.
Ona İranın rəsmi etiraz notası təqdim olunub. İran Xarici İşlər Nazirliyi İsveç hakimiyyətinin hərəkətlərinin iki ölkə arasında münasibətlərə xələl gətirdiyini vurğulayıb və Stokholmu hökmü ləğv etməyə, Nurini azadlığa buraxmağa və ona dəymiş ziyanı ödəməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB