Rusiya Federasiyasının Müdafiə İdarəetmə Milli Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev Ukrayna hərbi komissarlığının guya əlil kişiləri tibbi müayinədən imtina etməyə məcbur etdiyini bildirib.
Mixail Mizintsev Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş hərbçilərinin ifadələrinə əsasən onu da deyib ki, Ukrayna hərbi komissarlığı müxtəlif sağlamlıq imkanları məhdud olan ölkə vətəndaşlarını guya könüllü olaraq tibbi müayinədən keçməkdən imtina barədə sənəd imzalamağa məcbur edir.
O qeyd edib ki, xəstə ukraynalıların xüsusi komissiyadan keçməkdən imtina etməsi nəticəsində demək olar ki, bütün kişilər “hərbi xidmətə yararlı kimi tanınır”.
Mizintsev Ukraynanın səfərbərlik sahəsindəki vəziyyəti “qanunsuzluq” adlandırıb və Ukrayna hərbi komissarlıqlarının rəsmilərini korrupsiya və ürəksizlikdə ittiham edib.
Onun sözlərinə görə, praktiki olaraq yararsız ukraynalıların döyüş bölgəsinə göndərilməsi “bir daha Ukrayna hakimiyyətinin öz vətəndaşlarına qarşı qeyri-insani münasibətini nümayiş etdirir”.
...İnanın, belə humanistliyə görə, adamın rus generalına lap “halal olsun” deməyi gəlir, amma...
Gərək ki, bir müddət bundan əvvəl “Azadlıq" radiosunun Dağıstan xidməti Ukraynadakı müharibədə böyük canlı itkilər verən Rusiya ordusunun üzləşdiyi ciddi problemi əsasən Şimali Qafqaz və başqa yerlərdəki milli azlıqların hesabına həll etməyə çalışdığı barədə məlumat vermişdi.
Təbii ki, burada Çeçenistan rəhbəri Ramzan Kadırovun göstərməyə çalışdığı süni “canfəşanlıq” da diqqətdən qaçmamalıdır.
Qeyd edək ki, bir müddət bundan əvvəl rus nəşrləri Rusiyada müqavilə əsasında könüllülərin hərbi xidmətə “can atdıqları” barədə materiallar verirdilər. Rus saytları hətta belə “könüllük” kampaniyasının intensiv şəkil aldığını da yazırdılar.
Amma sonradan hərbi xidmətə könüllü getmək istəyənlərin könüllülüyünün əsil səbəbləri məlum oldu. Belə ki, bu gün Rusiyada əvvəlki illərdən fərqli gənclərin əksəriyyəti iş tapmaq problemi ilə üzləməkdədir. Qeyd eilməlidir ki, rus səlahiyyətliləri həmişə “əvvəl evin içi, sonra “çölü”” prinsipi ilə işləyiblər. Yəni iş təminatında da həmişə belə olub, əvvəl ruslar, daha sonra əyalətlədəki qeyri-ruslar...
O da qeyd edilməlidir ki, təkcə Rusiyada deyil, ümumiyyətlə dünyanın hər yerində hərbi qulluğa yaxşı gəlir mənbəyi kimi baxılır. Məhz bu mənada...əvvəla qeyd edilməlidir ki, “könüllü” adı altında rus ordusuna yazlan əyalətli gənclərin əksəriyyəti ali təhsillidirlər. Amma nə olsun, iş ki, yoxdur. Ona görə də, onlar rus səlahiyyətlilərinin “könüllü” olmaları müqavilində təklif etdikləri az ödənişə belə razılaşmaq məcburiyyətində qalırlar.
Bundan əlavə, bir müddət bundan əvvəl Rusiyanın hərbi rəhbərliyinin Uzaq Şərq və Sibir federal dairələrinin rəsmiləri qarşısında həftəlik 200 “könüllünün” orduya göndərilməsi normasının qoyulduğu barədə rus saytlarının birində xəbər yer almışdı. Təbii ki, xəbəri özlərinə sərf edən şəkildə yayımlayan rus saytları, məncə burada bir şeyə əmin idilər: Yəni, göz-qulaqdan... Uzaq Şərq və Sibirin müxtəlif əyalətlərindən “səfərbər edib” ölümə göndərdikləri gənclərin analarının sonrakı naləsinin gəlib Kremlə çatmayacağına...
...Və sonda, gərək ki, mən bir dəfə də yazmışdım...hələ Rusiya-Ukrayna müharibədəsindən əvvəl Rusiyada əhali sayı təqribən 140 nilyondan çox, Ukraynada isə 40 milyondan bir qədər az göstərilirdi. Qeyd edək ki, bu gün Ukraynadan didərgin düşənlərin hamısının qadın və ya uşaq olduğunu demək elə də doğu olmazdı. Təbii ki, bu gün Ukraynadan gedənlər arasında döyüşə yararlı olan kişilər də yox deyil. Bu da başa düşüləndir.
Amma rusların Ukraynada bütün xəstələrin guya orduya çağırılması barədə yazdıqları elə də inandırıcı görünmür. Əgər beldirsə, onda gəlin “sağlam rus əsgərlərinin” Ukraynada törətdikləri əməllərə diqqət yetirək.
Beləliklə, ukraynalı ombudsman Lyudmila Denisovanın “sağlam rus əsgərləri” ilə bağlı əldə etdiyi çoxsaylı faktlardan bəziləri:
-14 yaşlı qıza 5 işğalçı təcavüz ediblər, hamilədir.
-11 yaşlı oğlan anasının gözü qarşısında zorlanıb, izləmək üçün ananı kresloya bağlayıblar. Buça.
-20 yaşlı qadın üç işğalçı tərəfindən hər cür təcavüzə məruz qalıb. İrpin.
Sizcə, sağlam təxəyyülə malik şəxs bunları törədərmi? Burada ukraynalı ombudsmanın da etirafına görə, qeyd edilməlidir ki, bu hələ əldə olunan çoxsaylı faktların cüzi bir qismidir. Əslində bu, “öz gözündə tiri görməyib başqa gözdə tük axtarır” məsəlinə bənzəmirmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB