ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırıb?

ABŞ-ın Kiyevdəki səfirliyi amerikalıları Ukraynanı tərk etməyə çağırıb?

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarını təhlükəsizlik baxımından ölkəni tərk etməyə çağırıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin cümə axşamı yaydığı xəbərdarlıqda deyilir:

“ABŞ səfirliyi Amerika vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal tərk etməyə çağırır”.

ABŞ səfirliyi həmvətənlərini dəstə şəklində toplaşmağa qoşulmaqdan çəkinməyi xahiş edib.

Bildirişin başlığında Ukraynadakı raket təhlükəsinin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə