Meksikada qatarın vurduğu neft tankeri partlayıb

Meksikada qatarın vurduğu neft tankeri partlayıb

Meksikada qatarla neft dolu tanker keçiddə toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Meksikanın Tamaulipas əyalətində ABŞ-la sərhəddə yerləşən Syudad Viktoriya şəhərində qatar keçiddən keçən neft yüklü tankerə çırpılıb. Zərbə nəticəsində baş verən partlayışdan sonra neft tankeri alov topuna çevrilib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib və yanğın qısa zamanda nəzarətə götürülüb. Tanker sürücüsünün bədəninin 90 faizinin yandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə