Venesuela hökuməti ixracı stimullaşdırmaq üçün kakao ixracına tətbiq edilən rüsumu ləğv edib.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.
“Biz kömək üçün kompleks tədbirlər hazırlamışıq. İlk növbədə kakao və ondan hazırlanan məhsulları ixrac rüsumundan azad etdik”.
Maduro həmçinin Venesuelaya qeyri-ənənəvi kakao sortlarının gətirilməsini də qadağan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB