Türkmənistan prezidenti Özbəkistana səfər edəcək

Türkmənistan prezidenti Özbəkistana səfər edəcək

Rəsmi səfər çərçivəsində Türkmənistan prezidenti Səmərqəndə səfər edəcək. Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Özbəkistanın lideri Şavkat Mirziyoyevin dəvəti ilə iyulun 14-də Özbəkistana dövlət səfərinə gələcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “prezident.uz” portalı xəbər verir.

Dövlət başçıları Özbəkistan və Türkmənistan arasında gələcək əməkdaşlığı, xüsusən də qarşılıqlı ticarətin həcminin artırılması, sənaye əməkdaşlığının inkişafı və iki ölkənin nəqliyyat-tranzit potensialını müzakirə edəcəklər.

Danışıqların digər mövzusu su təsərrüfatı sektorunda layihələr olacaq, Özbəkistan prezidentinin mətbuat xidməti qeyd edir.

Görüşün yekunları üzrə tərəflər ikitərəfli sənədlər paketini imzalamağı planlaşdırırlar.
Xatırladaq ki, iyulun 12-də Daşkənddə ikitərəfli münasibətlərin dərinləşdirilməsi və strateji tərəfdaşlıq potensialının üzə çıxarılması mövzusunda Özbəkistan-Türkmənistan elmi-praktik konfransı keçirilib.

Buxarada isə Özbəkistan və Türkmənistan Regionlar Forumu da öz işinə başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə