Litvadan Estoniya və Latviyaya çağırış...

Litvadan Estoniya və Latviyaya çağırış...

Litva Baltikyanı ölkələri Rusiya və Belarusun enerji sistemlərindən 2024-cü ildə, yəni planlaşdırılandan bir il tez qurtulmağa çağırış edir.

SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” ölkənin “Litqrid” şəbəkə operatorunun rəhbəri Rokas Masiulise istinadən xəbər verir ki, Litva hakimiyyəti artıq Estoniya və Latviya ilə danışıqlar aparır.

Masiulisin sözlərinə görə, BRELL enerji halqasında (Belarus, Rusiya, Estoniya, Litva və Latviya) fasilənin müzakirəsində Avropa Komissiyası da iştirak edir.

Xatırladaq ki, bundan əvvəl Litva prezidenti Nauseda Kalininqrad tranzitinin məhdudlaşdırılmasına cavab olaraq ölkənin BRELL-lə əlaqəni kəsməyə hazır olduğunu bildirmişdi.

Elektrik BRELL bu ölkələrin enerji sistemlərinin 7 fevral 2001-ci il tarixli müqavilə əsasında yaradılmış və dövlət adlarının baş hərfləri ilə adlandırılmış sinxron iş rejimidir. 2022-ci ildə Rusiya Federasiyasından maksimum enerji müstəqilliyinə can atan Baltikyanı ölkələr 2025-ci ilə qədər BRELL-dən ayrılma haqqında saziş imzalayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə