Rusiyada Özbəkistandan gələn miqrantların sayı 6 dəfə azalıb

Rusiyada Özbəkistandan gələn miqrantların sayı 6 dəfə azalıb

Özbəkistandan Rusiyaya əmək miqrantlarının mütəşəkkil şəkildə cəlb edilməsi 2022-ci ilin əvvəlindən keçən illə müqayisədə təxminən altı dəfə azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” Respublika Məşğulluq və Əmək Nazirliyi yanında Xarici Miqrasiya Agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, ilin əvvəlindən təşkilati işə qəbulla 3906 Özbəkistan vətəndaşı Rusiyaya işləmək üçün gedibsə, ötən ilin 6 ayı ərzində 22116 Özbəkistan vətəndaşı eyni məqsədlə Rusiya Federasiyasına daxil olub.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində xaricdən Özbəkistana 370-ə yaxın əmək miqrantı qayıdıb ki, bu da ötən illə müqayisədə 2,2 dəfə çoxdur.

Rusiyanın “Moslenta.ru” saytının yazdığına görə, ötən ilin yazında bir neçə rus diasporunun nümayəndələri Azərbaycan, Qırğızıstan və Özbəkistan vətəndaşlarının daha az şəkildə Rusiyaya gəlməyə başladıqlarını etiraf ediblər.

Maraqlıdır ki, ruslar bunu onların evlərinə pul köçürmələrində yaranmış çətinliklərlə əlaqələndiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə