''Taxıl nəqlini mümkün etmək üçün çox çalışırıq''

''Taxıl nəqlini mümkün etmək üçün çox çalışırıq''

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qara dənizdən taxıl nəqlini mümkün etmək üçün çox çalışdıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Antonio Quterreş bu gün İstanbulda keçiriləcək görüşlərlə bağlı sualları cavablandıran zaman bildirib.

Antonio Quterreş deyib: “Biz həqiqətən bunun üzərində çox çalışırıq. Amma hələ ediləcək çox şey var”.

Xatırladaq ki, Türkiyənin milli müdafi naziri Hulusi Akar ərzaq böhranının həlli üçün Milli Müdafiə Nazirliyinin heyətinin Moskvaya getdiyini və Rusiya hərbi heyəti ilə görüşdüyünü, daha sonra Ukrayna hərbi heyətinin Milli Müdafiə Nazirliyinə gəldiyini qeyd edib.

“Bütün bu görüşlərdən sonra İstanbul şəhərində Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması ilə bağlı danışıqlar aparacaq”, -deyə Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Qara dənizdə fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə