Mustafa Şentop bir sıra ölkәnin senat vә mәclis sәdri ilә telefon әlaqәsi saxlayıb

Mustafa Şentop bir sıra ölkәnin senat vә mәclis sәdri ilә telefon әlaqәsi saxlayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 13 ölkənin senat vә mәclis sәdrlәrini Qurban bayramı münasibәtilә tәbrik edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Məlumata əsasən, Mustafa Şentop bu çərçivədə Özbəkistan Qanunvericilik Məclisinin sədri Nurdincan İsmailov, Özbəkistan Senatının sədri Tənzilə Narbayeva, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Malayziya Nümayəndələr Palatasının sədri Tan Sri Azhar Azizan Harun, Qazaxıstan parlamentinin sədri Yerlan Koşanov, Şimali Makedoniya parlamentinin sədri Talat Caferi, İraq Nümayəndələr Palatasının sədri Məhəmməd Halbusi, Səudiyyə Ərəbistanı Şura Mәclisinin sәdri Abdullah ibn Mәhәmmәd Əl Şeyx, ŞKTC Cümhuriyyət Parlamentinin sədri Zorlu Töre və Qətər Şura Mәclisinin sədri Həsən ibn Abdulla Əl-Qanimlә telefon әlaqәsi saxlayıb.

Mustafa Şentopun bayramın üçüncü günü Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə telefon әlaqәsi saxladığı vә ikitərəfli və regional məsələlərdə əməkdaşlığın әhәmiyyәtini vurğuladığı bildirilib.

Mustafa Şentop dünən Qırğızıstan parlamentinin sədri Talant Mamitov və Liviya Ali Dövlət Şurasının sədri Xalid Əl-Məşri ilə də görüşüb.

Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid et-Talbi əl-Alemi ilə keçirilәn görüşdə isә Türkiyə ilə Mərakeş əlaqələrinin bölgənin sülh, sabitlik və rifahına verdiyi töhfə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə