Çində istilər can aldı

Çinin bir çox bölgəsində təsirli olan istilər səbəbindən 1 nəfərin öldüyü, 20-dən çox adamın xəstəxanaya yerləşdirildiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin bir çox bölgəsində təsirli olan isti dalğası can itkisinə səbəb olub. Ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətinin mərkəzi Çenqdu şəhərində istidən 1 nəfərin öldüyü bildirilib. Zhejiang əyalətinin Yuyao şəhərində həddindən artıq isti havadan təsirlənən 26 nəfər xəstəxanaya yerləşdirilib. Çinin Milli Meteorologiya İdarəsi bazar günü xəbərdarlıq edib ki, yaxın günlərdə 11 əyalətdə temperatur 40 dərəcəyə yüksələcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə