Hindistanda yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb

Hindistanda yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb

Hindistanın cənub-qərbində yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şiddətli yağıntı Telanqana, Qucarat, Maharaştra və Madhya-Pradeş ştatlarında həyatı alt-üst edib. Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı bildirilir.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Ötən gün musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib.

Meteoroloqlar ən azı yaxın sutka üçün daha çox leysan yağacağını proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə