Türkiyədə ağır qəza zamanı 4 nəfər ölüb

Türkiyədə ağır qəza zamanı 4 nəfər ölüb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sinop bölgəsində olub.

Toydan qayıdan insanların olduğu maşın idarəetmədən çıxaraq qarşı tərəfdən gələn maşınla toqquşub.

Dəhşətli qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb

Qəza yerinə çox sayda xilasetmə, polis və ətəcili yardım briqadası cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə