Quraqlıq kütləvi aclıq gətirib...46 nəfər aclıqdan ölüb

Quraqlıq kütləvi aclıq gətirib...46 nəfər aclıqdan ölüb

Şərqi Afrika ölkəsi Uqandada aylardır davam edən quraqlığın yol açdığı aclıqdan 46 nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkə parlamentinin Karamoca bölgəsindən deputatı Feyt Nakut mətbuata açıqlamasında söyləyib.

Deputat bölgəsində aylardır davam edən quraqlıq səbəbindən insanların sağ qalmaq üçün ot yediyini bildirib:

“Bölgə sakinlərinin qidalanmağa heç nəyi olmadığına görə aclıqdan ölür. İyulun 8-dək 46 nəfər aclıqdan ölüb, 2 181 ailə isə ölümünü gözləyir”.

F.Nakut səlahiyyətli şəxslərin hökumətin cavabını gözləyərkən maaşlarını ən çox təsirlənən ailələrə yemək almaq üçün də xərclədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə