Prezident ölkədən qaçıb?

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa ölkəni təyyarə ilə tərk edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə AFP rəsmilərə istinadən xəbər verir.

Qeyd edək ki, dünən “The Daily Mirror” nəşri məlumat yayıb. Məlumatda Şri-Lanka prezidentinin istefa məktubunu imzaladığı bildirilib.

Mənbənin sözlərinə görə, hərbçilər tərəfindən iqamətgahından təxliyyə edilən Rajapaksa ölkənin ərazi sularında dəniz qüvvələrinə məxsus gəmidə mühafizə altında olub.

Xatırladaq ki, dörd aya yaxındır ki, ada dövlətində onilliklərin ən dərin iqtisadi böhranı ilə bağlı kütləvi etirazlar davam edirdi. Ötən şənbə günü etirazçılar prezident iqamətgahına soxulublar. Etirazçıların əsas tələblərindən biri məhz dövlət başçısının istefası olub.

Yeri gəlmişkən qeyd edək ki, bundan əvvəl ölkənin baş nazirinin prezident səlahiyyətlərini icra edəcəyi açıqlanmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə