Çeçenistan rəhbəri Ramzan Kadırov Ali Rada deputatlarının Çeçenistan İçkeriya Respublikasının (ÇRİ) suverenliyinin tanınması təklifinə reaksiya verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ramzan, öz fikirlərini Telegram kanalında paylaşıb.
Beləliklə, Kadırovun sözlərinə görə, Ukraynalı deputatların reallıqla əlaqəsi kəsilib, çünki İçkeriya “hətta kağız üzərində də” uzun müddət mövcud deyil.
“Ukrayna Radasında oturan təvazökar insanlar reallıqla əlaqəni tamamilə itiriblər. Düzünü desəm, orada vəziyyətin bu qədər acınacaqlı olduğunu bilmirdim”, - deyə Çeçenistan lideri yazıb.
Ramzan xatırladıb ki, İçkeriya hələ 2007-ci ildə içkeriyalıların özləri tərəfindən ləğv edilib(?).
Kadırov həmçinin ukraynalı deputatları Plutonun planet kimi tanınması və ya “üç filin və yerin dayandığı tısbağanın ac olub-olmaması ilə bağlı çox vacib sualı” müzakirə etməyə dəvət edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB