Avstraliyanın XİN rәhbәri Sakit Okean regionu ölkәlәrinә çağırış edib

Avstraliyanın XİN rәhbәri Sakit Okean regionu ölkәlәrinә çağırış edib

Avstraliyanın xarici işlər naziri Penni Vonq Sakit Okean regionu ölkələrini qlobal problemlәrә qarşı birgə mübarizə aparmağa çağırıb. SİA bu barədə rus saytlarına istinad edir.

Cənubi Sakit Okean ölkəsi olan Ficinin paytaxtı Suvada təşkil edilən Sakit Okean Adaları Forumuna qatılan Avstraliyanın xarici işlər naziri Vonq mətbuat nümayәndәlәrinә verdiyi bәyanatda bölgə ölkələrinin ABŞ-Çin rəqabəti, yeni növ koronavirus epidemiyası vә iqlim böhranı kimi problemlәrә qarşı birgә mübarizә aparmasının vacibliyini bildirib.

Vong həmçinin Sakit Okean Adaları Forumundan çıxan Kiribati üçün qapıların açıq olduğunu söylәyib.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern isә Kiribatinin 18 üzvdәn ibarət olan forumdan çıxmasını məyusedici adlandırıb.

Qeyd edәk ki, Kiribati Sakit Okean Adaları Forumundan çıxdığını elan edib. Kiribatinin bu qərarı foruma üzv dövlәtlәr tərəfindən Çinin regionda artan təsirinin əlaməti kimi qiymətləndirilir.

Sonuncu dəfə 2019-cu ildə Tuvaluda keçirilən forum Covid-19 epidemiyası səbəbindən təxirə salınmışdı. Foruma üzv Sakit Okean ölkәlәrinin liderləri təxminən 3 ildən sonra ilk dəfə üz-üzə görüş keçiriblәr.

Bütün xəbərlər Facebook səhifəmizdə