Qırğızıstanın Tyan Şan dağında tura qatılan turistlər uçqun altında qalmaqdan son anda xilas olublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin anlar kameraya anbaan əks olunub.
Qırğızıstanda Tyan Şan dağında gəzən 1 ABŞ vətəndaşı və 9 Britaniya turisti Qırğızıstanda qar uçqunu altında qalıb. Harri Şimmin adlı turistlərdən biri uçqunu qeydə alıb. Uçqun altından son anda xilas olan Şimmin sosial media hesabından açıqlama verərək cəmi 5 dəqiqəyə sağ qaldıqlarını, qrupdakı hər kəsin səhhətinin yaxşı olduğunu və cəmi 1 nəfərin yüngül xəsarət aldığını bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB