Nyu-York nüvə müharibəsinə hazırlaşır..?

Nyu-York nüvə müharibəsinə hazırlaşır..?

Nyu-York şəhərinin Fövqəladə Halların İdarə Olunması Departamenti öz saytında şəhərə nüvə hücumu zamanı necə hərəkət etmək barədə bir sıra təlimatların yer aldığı video yerləşdirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “News.ru” müvafiq videoya istinadən xəbər verir.

Departament izah edib ki, Nyu-York şəhərində və ya onun ətrafında nüvə silahı insidentinin baş vermə ehtimalı son dərəcə aşağıdır, lakin şəhər sakinləri təhlükəsizliklərini necə təmin edəcəklərini bilməlidirlər.

Təlimatlarda sakinlərə mümkün qədər tez sığınacaq tapmaq və oradakı bütün qapı və pəncərələri bağlamaq tövsiyə olunur. Qeyd olunur ki, fövqəladə vəziyyətdə şəhər sakinləri hadisənin səbəbləri barədə narahat olmasınlar, çünki bu, vaxt itkisi olardı. İlk növbədə, təhlükəsiz bir yer tapıb orada gizlənməlisiniz, pəncərələrdən mümkün qədər uzaq durmağınız məsləhətdir. Otağın zirzəmisi varsa, orada gizlənmək lazımdır.

Təlimat nüvə partlayışından sonra küçədə olan sakinlərə dərhal təmizlənməyi tövsiyə edir. Bunu etmək üçün paltarlarınızı çıxarın və polietilenə sarın. Son ehtiyat: təhlükənin keçdiyi barədə rəsmi xəbəri gözləyin.

Bundan əvvəl amerikalı politoloq Riçard Betts demişdi ki, əgər Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə edərsə, o zaman NATO çətin vəziyyətə düşəcək. Bir tərəfdən, o qeyd edir ki, alyans Moskvanın üstünlüyünü məhdudlaşdırmaq istəyəcək, həm də gərginliyi azaltmağa çalışacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə