Rusiyada vulkan püskürüb

Rusiyanın Kamçatka regionunda Şiveluç vulkanı püskürüb.

SİA APA-ya istinadən xəbər verir ki, bir neçə saat əvvəl Şiveluç vulkanının püskürməsi nəticəsində kül təxminən 4 500 metr yüksəkliyə qalxıb. Vulkanın yaxınlığında heç bir yaşayış məntəqəsi yoxdur.

Dəniz səviyyəsindən 3283 metr yüksəkdə yerləşən Şiveluç vulkanının yaşı 60 min ildən çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə