Ermənilər belə bir tələb də irəli sürürlər ki,..Türkiyə “artsax” və hətta Ermənistanın ərazilərini ələ keçirmək planlarından hələ də əl çəkməyən Azərbaycana gələcək siyasi və hərbi dəstəkdən imtina etməlidir.
Nikoldan bayram təbriki...

...Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

SİA “Sputnik Armenia” saytıan istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Deməli, görüş zamanı Nikol Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

Təbii ki, bunlar yaxşı hal kimi qarşılanmalıdır və deyəsən, ermənilər arasında da az da olsa, bunu təqdir edənlər var.

Qeyd eək ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə ikitərəfli prosesin vacibliyini də vurğulayıblar. Bu kontekstdə iki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də keçirilən görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvar olduqlarını da bildiriblər.

Ermənilərə görə, guya bu minvalla proses Türkiyə ilə münasibətlərin tam yaxşılaşmasına doğru gedir deyə, bu da təbii ki, türkləri qane edir, amma..

Bu dəfə ermənilər, belə görünür ki, təkcə özlərini qane edən “əsas tələbləri”ni təqdim edirlər.

Nədir, bu tələblər, diqqət yetirin: ermənilərin saxta soyqırımın tanınması, soyqırım qurbanlarına təzminat ödənilməsi, Türkiyədəki tarixi erməni ərazilərinin geri qaytarılması...

Yox...bu hələ hamısı deyil. Deməli, 44 günlük müharibədə Türkiyə Azərbaycana göstərdiyi dəstəyi cinayət kimi də etiraf etməlidirlər.

...Və sual edirlər ki, niyə Nikol Ermənistanın baş naziri kimi Türkiyədən bunların həyata keçirməsini tələb etmir?

Qeyd edim ki, erməni iddiası hələ bununla da bitmir. Onlar türklərə, az qala iddia kimi belə bir tələb də irəli sürürlər ki,..Türkiyə “artsax” və hətta Ermənistanın ərazilərini ələ keçirmək planlarından hələ də əl çəkməyən Azərbaycana gələcək siyasi və hərbi dəstəkdən imtina etməlidir.

...Gülünc də olsa, ermənilərin dediyindən belə başa düşülür ki, əgər Türkiyə bu şərtlə razılaşmasa, onda biz də onlarla “dost” olmayacağıq.

Qeyd edim ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın “Türkiyə və Azərbaycan vahid ordu kimi fəaliyyət göstərir” deməsi də erməni kürkünə birə salıb.

Çünki onlar türk xalqlarından fərqli olaraq “dostluğa sədaqət”dən, “etibarlılıqdan” və daha nə bilim insana xas olan əsas müsbət xüsusiyyətlərdən uzaqdırlar. Ona görə də, “tərəddüd”, əslində mən buna heç tərəddüd də deməzdim,.. edirlər.

...Və sonda ermənilər... elə erməni olduqlarını göstərərək Nikol Paşinyana... “bunlar Ermənistana niyə lazımdır?”-deyə xoflu bir sual da ünvanlayırlar. Onlara görə, görən Paşinyan bütün bunları niyə edir?

Maraqlıdır ki, cavabı da elə özləri verirlər. Ermənilərə görə, guya Nikolun belə bir proqramı var. Çünki o, məhz Türkiyə və Azərbaycanın dəstəyi ilə hakimiyyətə gətirilir.

Bəli, ermənilərə görə, bu inanılmaz görünə bilər, amma reallıqda belədir. Hər şey müzakirə olunub deyə, Nikol da hazırda tapşırıq yerinə yetirməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə