Somalidə hava limanında baş verən atışmada 11 nəfər ölüb

Somalidə hava limanında baş verən atışmada 11 nəfər ölüb

Somalinin şimalında, Bossaso şəhərinin hava limanında təhlükəsizlik qüvvələri arasında baş verən atışmada ən azı 11 nəfər həlak olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

nin enməsi ilə əlaqədar

Belə ki, Bossaso hava limanının təhlükəsizlik dəstəsi ilə xüsusi təyinatlılar qrupu arasında atışma baş verib. Buna səbəb Somalinin paytaxtı Moqadişodan humanitar yardım gətirən təyyarə olub.

Xüsusi təyinatlıların əsgərləri təyyarəyə daxil olmaqda israr etsələr də, mühafizəçilər onları içəri buraxmayıblar. Ölənlərlə yanaşı, yaralılar da var. Somali Federal Parlamentinin vitse-spikeri Sadia Samatar olan təyyarə boşalmadan Moqadişuya qayıtmaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə