Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb

Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb

ABŞ Prezidenti Cozef Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Prezident Bayden Konqresin Senatına ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvini ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

İndi Senatın müvafiq komitəsi dinləmələr üçün vaxt təyin etməlidir, bu zaman K. Kvin qanunvericilərin suallarını cavablandırmalı olacaq. Bir müddət sonra yuxarı palata onun ABŞ-ın İrəvandakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizədliyinin təsdiqinə səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə