Bu ölkələrin NATO üzvlüyünə dair protokol ABŞ Senatına göndərilib

Bu ölkələrin NATO üzvlüyünə dair protokol ABŞ Senatına göndərilib

ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO üzvlüyünə dair protokolu Senata göndərib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat verib.

Dövlət başçısının yolladığı məktubda 2 ölkənin Şimali Atlantika Alyansına üzvlüyünə icazə verməsi üçün senatın icazəsi istənilir.

ABŞ rəhbəri bildirib ki, qlobal şərait nəzərə alınaraq ratifikasiya prosesi sürətlənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə