“İran Rusiyaya çox sayda PUA verməyi planlaşdırır”

“İran Rusiyaya çox sayda PUA verməyi planlaşdırır”

ABŞ hökuməti İranın Rusiyaya bir neçə yüz PUA verəcəyini ehtimal edir.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında bildirib.

“Əldə etdiyimiz məlumata görə, İran tezliklə Rusiyaya bir neçə yüz PUA, o cümlədən silah daşıyan dronlar vermək istəyir. Məlumata görə İran həmçinin rusiyalı hərbçilərə PUA-lardan istifadə ilə bağlı təlim keçəcək. təlimin birinci mərhələsi iyulda başlayacaq” – deyə Sallivan əlavə edib.

“Lakin İranın indiyədək Rusiyaya belə PUA-ları verib-vermədiyi məlum deyil”, - deyə müşavir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə