Dağıntılar altında qalan var...

Dağıntılar altında qalan var...

Çasov Yar şəhərində beşmərtəbəli yaşayış binasında ölmüş uşaq meyiti tapılıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi “Telegram”da məlumat yayıb.

“...Dünən gecəyə olan məlumata görə, Çasov Yar şəhərindəki beşmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatları zamanı 1 nəfər ölmüş uşaq (təxminən 2013-cü il təvəllüdlü) meyiti aşkar edilib”, - məlumatda deyilir.

O da qeyd edilir ki, iş başlayandan indiyədək hadisə yerindən 33 nəfərin cəsədi tapılıb, 9 nəfər dağıntılar altından çıxarılıb. Hazırda işlər davam edir.

Xəbər verildiyi kimi, iyulun 9-da axşam saatlarında Donetsk vilayətinin Baxmut rayonunun Çasov Yar şəhəri raket atəşinə məruz qalıb. Atılan raketlərdən biri yaşayış evlərindən birinin 5-ci mərtəbəsinə düşüb. Evin iki girişi tamamilə dağılıb.

Donetsk OVA-nın rəhbəri Pavel Kirilenkonun dediyinə görə, dağıntılar altında 9 yaşlı uşaq da daxil olmaqla azı daha 30 nəfər ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə