Rusiya ilə Çin mövcud dünya nizamına meydan oxuyur?

Rusiya ilə Çin mövcud dünya nizamına meydan oxuyur?

ABŞ hakimiyyəti hesab edir ki, Rusiya və Çin mövcud dünya nizamını öz maraqları naminə dəyişməyə çalışır, Vaşinqton buna qarşı çıxmaq niyyətindədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri “ThaiPBS” teleşirkətinə müsahibəsində dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat keçirməklə Rusiya mövcud dünya nizamına meydan oxuyur.

Blinkenə görə, əgər bu gün Rusiyanın etdiyinə icazə verilərsə, bu o demək olacaq ki, kim daha güclüdürsə, deməli haqlıdır, yəni böyük dövlətlər kiçikləri incidə bilər.

“Bu, qaydalara əsaslanan nizamın əksidir”. Bunu deyən Blinken daha sonra əlavə edib: “Biz görürük ki, Çin dünya nizamına fərqli şəkildə meydan oxuyur, regionda getdikcə daha aqressiv davranır və daxildə repressiyaları gücləndirir. Və məncə, Çin beynəlxalq nizama sahib olmaq istəyir. Biz dəyərlər baxımından liberal olan bir nizamı müdafiə etməyə və qorumağa çalışsaq da, Çin digər dəyərləri əks etdirən daha qeyri-liberal bir nizam izləyə bilər. Bu günün sualı isə insanların hansı nizamda yaşamaq istəməsidir”.

Blinken, həmçinin qeyd edib ki, “Çin ilə münasibətlər ABŞ və digər ştatlar üçün “ən əhəmiyyətlilərdəndir”, baxmayaraq ki, onlar “ən çətin olanlardan biridir”. Dövlət katibinin sözlərinə görə, “Çin ilə əməkdaşlıq üçün çoxlu potensial sahələr var”. Onların arasında iqlimi, narkotiklərin yayılmasına qarşı mübarizəni və ərzaq qıtlığını qeyd edib.

“...Beləliklə, ümid edirik ki, Çinlə rəqabət aparsaq və dərin fikir ayrılıqlarımız olsa belə, əməkdaşlıq imkanları tapa biləcəyik”, - deyə dövlət katibi əlavə edib.

"Düşünürəm ki, dünya nizamının dəyərinə inanan və onu dəstəkləyən ölkələr, lazım gələrsə, onun lehinə danışa və onu müdafiə edə bilər", - Bunu da Blinken bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə