İrəvanda 4 naməlum erməninin quldurluq məqsədilə ofisə hücum etdikləri bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Shamshyan.com” saytı verib.
Saytın məlumatına görə, saat 18:00 radələrində İrəvanın Ərəbkir rayon şöbəsinə V.Papazyan küçəsində fəaliyyət göstərən ofisə basqın edilməsi barədə məlumat daxil olub. Qeyd olunur ki, hadisə yerinə İrəvan Polis İdarəsinin rəisi Sevan Köçəryan, İrəvan Patrul Xidmətinin alayının komandiri Andranik İsaxanyan və başqaları gəlib.
Erməni saytının məlumatına görə, tibbi maskalı 4 nəfər internet dizaynı ilə məşğul olan xarici ofisə daxil olaraq silah gücünə pul tələb ediblər.
Hücum edənlərin bir neçə yüz dolları, mobil telefonları oğurladıqları, daha sonra isə hadisə yerindən qaçdıqları qeyd edilir.
Faktla bağlı Ərəbkir rayon İstintaq Şöbəsində cinayət işi başlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB