Krımda naməlum şəxslər rus hərbçisini üzərində Z hərfi olan paltara görə döyüb.
SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə, bu barədə Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov məlumat verib.
“...Sudakda naməlum şəxslər podratçı hərbçini döyüblər. Hücuma səbəb onun üzərində Z işarəsi olan paltarı olub”, - deyə o bildirib.
Qeyd edək ki, Krımın Sudak şəhəri 16-17 min əhalisi olan balaca bir şəhərdir. Onu da qeyd edək ki, bu şəhərdə Krım tatarları ruslardan sonra çoxluq təşkil edirlər.
Beləliklə Kryuçkovun sözlərinə görə, yerli sanatoriyada müalicə alan hərbçi bəndin yaxınlığında hücuma məruz qalıb.
Əldə olan məlumata görə, hücum edən üç nəfər olub. “Oğlan polisə ərizə yazıb. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məşğul olur. Hücum edənlər axtarılır” deyən müşavir rus əsgərini döyənlərə qarşı reaksiyanın olduqca sərt olacağını da gizlətməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB