Daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 120 nәfәrә çatıb

Rәsmilәr daşqınlar sәbәbindәn 15 milyon adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını bildirib.
Daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 120 nәfәrә çatıb

Banqladeşdә yağan aramsız yağışların sәbәb olduğu daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 120 nәfәrә yüksәlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rәsmilәr daşqınlar sәbәbindәn 15 milyon adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını bildirib.

Sylhetyu bölgәsinin rәsmisi Mojibur Rәhman bildirib ki, yağış suyunun axmasını təmin etmək üçün yol əvəzinə daha çox kanal inşa edilәcәk.

Rəhman hәmçinin təbii fəlakət nәticәsindә dağılan evlərin təmiri üçün hökumətin vəsait ayıracağını da qeyd edib.

Aramsız yağışlar nəticəsində ölkənin bəzi bölgələrindәki evlәr vә әkin sahәlәri sular altında qalıb.

Planlaşdırma naziri Məhəmməd Əbdül Mannan hökumətin daşqından zərər çəkmiş əhali üçün “meqa planı” olduğunu söylədi.

Bütün xəbərlər Facebook səhifəmizdə