Meksikada evə hücum edilib

Meksikanın Quanaxuato ştatında ev şənliyinə silahlı hücum nəticəsində 7 nəfər ölüb, 7 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meksikanın Quanaxuato ştatının Leon şəhərində ev şənliyində atışma baş verib. Hadisə yerinə çoxlu sayda polis və ilk yardım qrupları göndərildikdən sonra yaralılar xəstəxanaya aparılıb.

Səlahiyyətli şəxslər hadisə nəticəsində 7 nəfərin həyatını itirdiyini, 7 nəfərin isə yaralandığını bildirib.

Hadisə şahidləri bildiriblər ki, hücumu törədənlər hadisə yerinə motosikletlərlə gəlib və heç bir xəbərdarlıq etmədən hər tərəfə təsadüfi atəş açıblar. Hadisədə həyatını itirənlər arasında 17 yaşlı yeniyetmənin də olduğu bildirilib. 5 güllə ilə ağır yaralanan 14 yaşlı gəncin isə xəstəxanada müalicə altına alındığı öyrənilib. Hadisədən sonra motosikletləri ilə qaçan təcavüzkarlarla bağlı hələ rəsmi açıqlama verilməsə də, hücumun mütəşəkkil cinayət təşkilatları tərəfindən təşkil edildiyi düşünülür.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə