Stoltenberq Avropa Parlamentinin iclasında iştirak edəcək

Stoltenberq Avropa Parlamentinin iclasında iştirak edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin iclasında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, iyulun 13-də Baş katib Stoltenberq Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi və Təhlükəsizlik, Müdafiə Alt Komitəsinin birgə iclasında iştirak edəcək.

İclasda NATO-nun Madrid sammitinin qərarları, həmçinin NATO ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə