Gürcüstanda zəlzələ olub

Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 07:36-da baş verib.

Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barəsində məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə