İki liderin təkbətək görüşü...olacaq?

İki liderin təkbətək görüşü...olacaq?

...Hələ ötən ayın ortalarında ABŞ prezidenti Cozef Baydenin tezliklə çinli həmkarı Si Cinpinlə danışacağını bildirmişdilər.

Elə həmən ərəfədə Amerika prezidenti ABŞ-ın Çindən idxal olunan mallara tariflərinin dəyişdirilməsinə icazə verdiyini də demişdi.

Gərək ki, iyunun 16-da “Bloomberg” öz mənbələrinə istinadən ABŞ Bayden və Si Cinpinq arasında telefon danışığının təşkili üzərində işlədiyini yazmışdı. Amma agentlik iki liderin təkbətək görüşünün Çin Kommunist Partiyasının qurultayından sonra mümkünlüyünü də istisna etməmişdi.

Budur, gözlənti, hələ də gözlənti olaraq qalmaqdadır. İki liderin təkbətək görüşü isə hələ ki, reallaşmayıb.

Bu günlərdə Tailandın paytaxtı Banqkokda mətbuat konfransı keçirən ABŞ dövlət katibi Entoni Blinken ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Cinpinin qarşıdakı həftələrdə danışmaq imkanı olacağını bildirib.

Yeri gəlmişkən, SİA bu barədə rus saytlarına istinad edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə