Ukrayna əks-hücum planlarına görə əhalidən ölkənin cənubunu tərk etməyi xahiş edib
Beləliklə, Ukrayna hakimiyyəti əhalini ölkənin cənubunda Rusiyanın nəzarətində olan əraziləri tərk etməyə çağırıb.
Qeyd edək ki, bu barədə “Forbes”Ukrayna baş nazirinin inteqrasiya üzrə müavini İrina Vereşçuka istinadən yazır.
SİA Vereşçukanın sözlərinə istinadən xəbər verir ki, Kiyev ölkənin cənub şəhərlərinə əks-hücumlar planlaşdırır. Bu halda təbii ki, qadınlar və uşaqlar oradan təcili təxliyə edilməlidirlər. Çünki onlar planlaşdırılan hərbi əməliyyatların aparıldığı yerlərdə qalmamalı və rəqiblər arasında “insan qalxanı”na çevrilməməlidir.
Vereşçuk bildirib ki, hazırda Xerson və Zaporojye vilayətlərində, habelə Melitopolda olan insanlar “bütün mümkün vasitələrlə” oranı tərk etməlidirlər.
“Onlar Rusiyaya deportasiya edilsələr belə, biz yenə də insanların geri qayıtmasına kömək etmək üçün bir yol tapacağıq”.
Bunun da baş nazirin müavini. ərz edib.
Maraqlıdır ki, Vereşçuk, Ukrayna ordusunun əks hücuma nə vaxt keçəcəyinin vaxtını deməyib. Əslində isə belə şeylər, adətən çox vaxt gizıi saxlanılır.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ölkənin cənub ərazisini ruslardan təmizləmək üçün prezidentdən əmr aldığını bildirmişdi. O hətta bu məqsədlər üçün “Qərb silahları ilə təchiz edilmiş milyonlarla döyüş qüvvəsi” yığıldığı barədə də danışmışdı.
Maraqlıdır ki, qarşı tərəf, yəni ruslar hələ ki, bunu ciddi qəbul etmirlər. Məsələn, Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet Ukrayna lideri Vladimir Zelenskinin Rusiya ordusu tərəfindən “azad edilmiş” cənubi Ukrayna rayonlarını geri almaq əmrini siyasi aqoniya adlandırıb.
"...Zelenski və onun cinayətkar kabiləsi bütün cəbhələrdə uduzur, lakin onlar Ukraynanı qaçılmaz çöküşə doğru sövq etməkdə davam edirlər. Onların ordumuzun azad etdiyi əraziləri ələ keçirmək şansı yoxdur. Bu cür sifarişlər Zelenski rejiminin uzun sürməyəcək siyasi aqoniyasıdır. Bu geniş açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur, çünki onların nə gücü, nə imkanları, nə vasitələri, nə də döyüş ruhu var”, - Şeremet deyib bunları
Onun sözlərinə görə, Qərbdən heç bir silah tədarükü Moskvanın xüsusi hərbi əməliyyatda nəzərdə tutulan məqsədlərə çatmasına mane olmayacaq.
"Silah tədarükü axını döndərə bilməyəcək. Zelenskinin gələcəyi haqqında düşünməyə başlamasının vaxtıdır. Artıq onun üçün Sibirə bilet də təmin olunub. Biz onun və Reznikov üçün böyük iki əlli mişar tapacağıq ki, onlar Ukrayna xalqının və bütün rus dünyasının xəyanətini öz işləri ilə ödəyə bilsinlər". Qeyd edim ki, bunu da Şeremet deyib...
Amma, etiraf edilməlidir ki, bu artıq özündən müşdəbehlikdir...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB