Ukrayna Makrona...müraciət edib

Ukrayna hakimiyyəti Fransa prezidenti Emmanuel Makrondan zirehli texnika və qoruyucu vasitələrin tədarükünü gözləyir. Müvafiq sorğunu ona Fransa Senatının rəhbəri Jerar Larşe çatdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” yazır.

O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin “əsgərlərinin mümkün qədər çox olmasından narahatdır” və onların “mühafizə vasitələrinə ehtiyacı var”.

Bundan əvvəl, deyilənlərə görə, Makron Ukrayna liderinə ağır silahların tədarükünü davam etdirəcəyinə də söz veribmiş.

Yeri gəlmişkən qeyd edək ki, Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu Paris hərbi yardımın bir hissəsi olaraq Kiyevə “əhəmiyyətli sayda” zirehli transportyor ötürmək niyyətində olduğunu bildirib.

Ağasəf Babayev

\

Bütün xəbərlər Facebook səhifəmizdə