Nigeryada qayığın aşması nəticəsində 17 nəfər ölüb

Nigeryada qayığın aşması nəticəsində 17 nəfər ölüb

Nigeriyanın cənubunda qayığın aşması nəticəsində 17 nəfər ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi İbrahim Farinloy bildirib.

“Axtarış işləri başa çatıb, sudan 17 nəfərin meyiti çıxarılıb”, - deyə agentlik nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, hadisə iyulun 8-də ölkənin Laqos ştatında baş verib. Ötən gün yerli orqanlar dörd nəfərin öldüyünü bildirmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə