İsrail və Misir liderləri arasında telefon danışığı olub

İsrail və Misir liderləri arasında telefon danışığı olub

İsrailin Baş naziri Yair Lapid və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ABŞ Prezidenti Cozef Baydenin bölgəyə gözlənilən səfərini, Fələstin məsələsini və əmin-amanlığa ehtiyacı, eləcə də ərzaq təhlükəsizliyi üçün Ukrayna böhranının fəsadlarını aradan qaldırmağın mümkün yollarını müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə