Bara silahlı hücum nəticəsində 15 nəfər ölüb

Bara silahlı hücum nəticəsində 15 nəfər ölüb

Cənubi Afrika Respublikasının Soveto qəsəbəsində naməlum silahlı şəxslər bara hücum edərək 15 nəfəri qətlə yetiriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, polisin məlumatında silahlı şəxslərin bara daxil olaraq gənclərə təsadüfi atəş açdıqdan sonra mikroavtobusla ərazidən uzaqlaşdıqları bildirilir.

Hücum nəticəsində xəsarət alanlar dərhal xəstəxanalara yerləşdiriliblər.

Hazırda hücumun səbəbləri araşdırılır.

Ölənlərin 19-35 yaş arasında olduğu ehtimal edilir.

Qeyd edək ki, Cənubi Afrikada bu cür qanlı hadisələr tez-tez baş verir. Sonuncu dəfə bir neçə gün əvvəl Şərqi London şəhərindəki barların birində qazla zəhərləndirildiyi ehtimal edilən 21 yeniyetmənin ölümü ölkədə ciddi narahatlıq yaratmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə