Hələ 2016-cı ildə Amerikada yaşayan ukraynalı rejissor İqor Lopatyonok və amerikalı prodüser Oliver Stoun “Ukrayna od içində” adlı bir sənədli filmi çəkmişdilər. Qeyd edək ki, sənədli film Ukraynanın 17-ci əsrdən 2016-cı ilə qədər olan tarixindən bəhs edirdi.
Gərək ki, sonradan ilk dəfə olaraq Rusiyanın “REN TV” telekanalında nümayiş etdirilən həmən filmdə Putinin də fikirləri yer alıb.
Təbii ki, həmin ərəfədə filmin “Ukrayna od içində” adlandırılması, bəlkə də rəmzi xarakter daşıyırdı.
Amma bu gün...Ukraynanın od içində olması “reallığa qovuşub”.
...Belə ki, iyul ayının 10-u tarixindən etibarən Ukraynada cəbhə xətti yanır. Bunu böyük yanğınların aşkarlanması ilə məşğul olan Firms NASA sisteminin məlumatları da sübut edir. Peyk görüntüləri Luqansk, Donetsk və Xarkov vilayətinin bir hissəsində, eləcə də cənubda - Nikolayev və Xerson vilayətlərində irimiqyaslı yanğınları göstərir.
Qeyd edək ki, iyul ayının 4-u tarixindən NASA yanğının bir çox kəndə yayıldığını da bəyan etmişdi.
Hazırda verilən son məlumatlara görə, güclü yanğınlar Nikolayev və Xerson vilayətlərində bütün əraziləri ağuşuna aldığı qeydə alınıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB