İtaliyanın paytaxtı Romanın Sentosel bölgəsində genişmiqyaslı yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ətrafdakı meşəlik əraziyə və bəzi tikililərə keçən yanğınla əlaqədar 4 bina təxliyə edilib. Roma meri Roberto Qualtieri sakinlərə pəncərələri bağlı saxlamağı xəbərdar edib.
Yanğına 25 yanğınsöndürən komandası, 100 yanğınsöndürən və 50 yanğınsöndürən maşını müdaxilə edərkən, səlahiyyətlilər yanğının səbəbinin hələ müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, yanğının nəzarət altına alındığını və soyutma işlərinin davam etdiyi açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB