"Prezident istefaya getməli, baş nazir və hökumət getməlidir", - de Chiquera deyib.
Qeyd edək ki, Şri-Lankada keçirilən genişmiqyaslı etiraz aksiyasının iştirakçıları şənbə günü ada dövlətinin liderlərinin iqamətgahlarını ələ keçiriblər. Onlar prezident hovuzunda üzüblər, mətbəxdə yemək yeyiblər və dövlət başçısının ailəsinin şəxsi otaqlarında məskunlaşıblar. Onlar oradan külli miqdarda yerli valyuta da tapıblar və sonradan onu təhlükəsizlik qüvvələrinə təhvil veriblər. Daha sonra aksiyaçılar baş nazirin iqamətgahına daxil olaraq od vurublar. Bazar günü Şri-Lanka polisi bu yanğında ittiham olunaraq üç nəfəri saxlayıb.




USD
EUR
GBP
RUB