Aİ Rusiyaya qarşı daha sərt sanksiyalar üzərində işləyir

Aİ Rusiyaya qarşı daha sərt sanksiyalar üzərində işləyir

Avropa İttifaqı Kremlə iqtisadi təzyiqləri artırmağı planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, sanksiyalar Rusiya iqtisadiyyatına, maliyyə sektoruna, hərbi və siyasi elitasına zərbə vurmaq, ölkənin pul və aktivlərini Aİ blokunda qapalı saxlamaq, Moskva ilə ticarət və maliyyə əlaqələrini kəskin şəkildə məhdudlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri tətbiq edilən sanskiyalar nəticəsində Rusiya vətəndaşlarına məxsus 14 milyard avroya yaxın aktivləri dondurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com