Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə NHK televiziyası məlumat yayıb.
41 yaşlı Tesua Yamaqami polis idarəsindən prokurorluğa gərtirilib və burada ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Qeyd edək ki Şinzo Abeyə seçki kampaniyası çərçivəsində getdiyi Nara şəhərində odlu silahdan atəş açılıb. Xəstəxanaya aparılan siyasətçi bir neçə saat sonra dünyasını dəyişib. Atəş açan şəxsi mühafizə xidməti saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB